Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarının şamil edildiyi avtomobil daşımaları həyata keçirilərkən həmin qaydalarda nəzərdə tutulmuş qalaq (tökülən) yüklərin, tikinti materiallarının, heyvanların və ya quşların, çörək və çörək-bulka məmulatlarının daşınması şərtlərinin pozulmasına görə cərimələr məlim olub.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a deyib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarının şamil edildiyi avtomobil daşımaları həyata keçirilərkən həmin qaydalarda nəzərdə tutulmuş qalaq (tökülən) yüklərin, tikinti materiallarının, heyvanların və ya quşların, çörək və çörək-bulka məmulatlarının daşınması şərtlərinin pozulmasına görə qırx manatdan əlli manatadək məbləğdə cərimə edilir.