Bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində “KIA” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova, 2006-ci il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib.

Daxili İşlər Nazirliyinin  Mətbuat xidmətinin Şəki regional qrupundan Heftelik.az-a verilən məlumata görə, xsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.