Hava limanının avadanlığı və qurğularını, yaxud hava limanında yerləşən və istismarda olmayan hava gəmilərini qəsdən qanunsuz olaraq məhv etmə və ya onlara əhəmiyyətli zərər vurma, habelə hava limanı xidmətlərinin işini qəsdən qanunsuz olaraq pozma, hava limanının təhlükəsizliyinə təhdid yaranmasına səbəb olduqda tətbiq edilən cəzalar açıqlanıb.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, hava limanının avadanlığı və qurğularını, yaxud hava limanında yerləşən və istismarda olmayan hava gəmilərini qəsdən qanunsuz olaraq məhv etmə və ya onlara əhəmiyyətli zərər vurma, habelə hava limanı xidmətlərinin işini qəsdən qanunsuz olaraq pozma, hava limanının təhlükəsizliyinə təhdid yaranmasına səbəb olduqda üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.