Müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında olan kiçik həcmli gəmilərdən, onların dayanması üçün bazalardan (qurğulardan) istifadə qaydalarının pozulmasına görə cərimələr məlum olub.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a deyib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında olan kiçik həcmli gəmilərdən, onların dayanması üçün bazalardan (qurğulardan) istifadə qaydalarının pozulmasına görə yüz manat məbləğində cərimə edilir və ya kiçik həcmli gəmini idarə etmək hüququ altı aydan iki ilədək müddətə məhudlaşdırılır.