Sabirabad şəhəri ərazisindəki evlərin birindən 9000 manat və 7000 ABŞ dolları oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Heftleik.az-a verilən xəbərə görə, oğurluqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş E.Abbasov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.