Ankara ölkə daxilində və sərhədləri boyunca terrorun varlığına son qoymaqda qərarlıdır.
Heftelik.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar NTV kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, ölkəsi Suriya ərazisində terror dəhlizinin yaradılmasının qarşısını alaraq, Suriyanın da ərazi bütövlüyünü qoruyub.
Nazirin sözlərinə görə, hazırda Suriyanın 3/1 terrorçuların nəzarəti altındadır. Akar, həmçinin Suriya tərəfi ilə koordinasiya mexanizminin yaradılmasına dair hazırlıq işlərinin də davam etdiyini əlavə edib.