Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün belə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan və sərxoş vəziyyətdə olan şəxsə verilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər səkkiz min manat məbləğində cərimə edilir.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a deyib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə

bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər on iki min manat məbləğində cərimə edilir.

Bu xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə fiziki şəxslər min manat məbləğində, vəzifəli şəxslər iki min beş yüz manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər on beş min manat məbləğində cərimə edilir.