Kompyuter parollarının, giriş kodlarının və ya kompyuter sisteminə, yaxud onun hər hansı bir hissəsinə hüququ olmadan daxil olmağa imkan verən digər analoji məlumatların kompyuter sisteminə qanunsuz daxil olma, kompyuter məlumatlarını qanunsuz ələ keçirmə, kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə cinayətlərinin törədilməsi məqsədilə istehsalı, saxlanılması və ya istifadə üçün əldə olunması, əhəmiyyətli zərər vurduqda tətbiq edilən cəzalar açıqlanıb.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, kompyuter parollarının, giriş kodlarının və ya kompyuter sisteminə, yaxud onun hər hansı bir hissəsinə hüququ olmadan daxil olmağa imkan verən digər analoji məlumatların kompyuter sisteminə qanunsuz daxil olma, kompyuter məlumatlarını qanunsuz ələ keçirmə, kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə cinayətlərinin törədilməsi məqsədilə istehsalı, saxlanılması və ya istifadə üçün əldə olunması, əhəmiyyətli zərər vurduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.