Buna görə 16 il həbs var

24 May 2023, 16:30

Dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində silahlı birləşmələr və ya qruplar yaratma, həmin birləşmə və ya qruplarda iştirak etməyə  görə cəzalar açıqlanıb.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində silahlı birləşmələr və ya qruplar yaratma, həmin birləşmə və ya qruplarda iştirak etmə altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.