Şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə beş manat məbləğində cərimə edilir.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a deyib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, şəhərlərarası (rayonlararası) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin biletsiz getməyə görə on beş manat məbləğində cərimə edilir.

Beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişin biletsiz getməyə görə iyirmi beş manat məbləğində cərimə edilir.