Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasına, yaxud baxılarkən süründürməçiliyə yol verilməsinə və ya yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxmaqdan əsassız imtina edilməsinə görə cərimələr açıqlanıb.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a deyib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasına, yaxud baxılarkən süründürməçiliyə yol verilməsinə və ya yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxmaqdan əsassız imtina edilməsinə görə iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.