Hansı olimpiadalarda qalib olan şagirdlərin lisey və gimnaziyalara müsabiqədənkənar qəbul edilə biləcəyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəetmə sektorunun müdiri Fuad Qarayev “Təhsil masası”nda məlumat verib.

O bildirib ki, VI-VII siniflər arasında keçirilən fənn müsabiqələrində qalib olan şagirdlər qalib olduqları fənn üzrə lisey və gimnaziyalara müsabiqədənkənar qəbul ola bilərlər:

“Məsələn, riyaziyyat fənni üzrə olimpiadada qalib olan şagird Bakının istənilən lisey və gimnaziyasına müraciət edərək müsabiqədənkənar qəbul olmaq imkanına sahibdir. Lakin bu gün keçirilən Lütfizadə adına məntiq olimpiadasında qalib olanların müsabiqədənkənar qəbulolma məsələsi yoxdur. Bu gün Elm və Təhsil Nazirliyi tərəfindən dəstəklənən və ayrı-ayrı özəl şirkətlər tərəfindən keçirilən olimpiadalar var. Bunları bir-birindən ayırmaq lazımdır. Əgər şagird Nazirlər Kabinetinin müvafiq qərarında göstərilən beynəlxalq olumpiadalarda qalib olubsa, həmin şagird lisey və gimnaziyalarda müsabiqədənkənar oxuya bilər. Şagirdlərin hansısa nailiyyətinə görə, yedəyişmə etməsinin tərəfdarı deyiləm. Hesab edirəm ki, o, öz məktəbində qalıb, digər yoldaşlarına da nümunə olmalı və məktəbini təmsil etməlidir”.