Mayın 25-də saat 05 radələrində polis baş serjantı xəstəxanada vəfat edib.
DİN-in mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.
Göstərilən tibbi müdaxilələrə baxmayaraq o həyatını itirib.
Araşdırma aparılır.
Qeyd edək ki, S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.