Şahid xəstəlik, qocalıq, əlillik və ya sair üzürlü səbəblər nəticəsində məhkəmənin çağırışı üzrə gələ bilmədikdə, olduğu yerdə məhkəmə tərəfindən dindirilə bilər.

Hüquqşünas Yaşar Ağzazədə Heftelik.az-a açıqlamasında bildirib ki, şahid çağırılması ilə əlaqədar çəkdiyi xərcləri və itirdiyi vaxta görə pul əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.