2022-ci ildə Qazanılmış İmmun Çatışmazlıq Sindromu (QİÇS) ilə 89 nəfər qeydə alınıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Onlardan 18 yaşa qədər 1 nəfər olub. Tibb müəssisələrində qeydiyyatda olanların cəmi sayı isə 2 675 nəfər olub.