Hərəkət sürətinin həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yolda piyadanın yolun hərəkət hissəsini “Yol hərəkəti haqqında” qanun ilə piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçməsinə görə   qırx manat məbləğində cərimə edilir. Vəkil Araz Nurməmmədov Heftelik.az-a deyib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, qeyd olunan nəzərdə tutulmuş hallar istisna olmaqla, piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə iyirmi manat məbləğində cərimə edilir.