Ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma məqsədilə məhkəmə fəaliyyətinə və işin obyektiv, tam və hərtərəfli aparılmasına mane olmaq məqsədilə prokurorun, müstəntiqin və ya təhqiqatçının fəaliyyətinə hər hansı formada müdaxilə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə cəzalar məlum olub.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma məqsədilə məhkəmə fəaliyyətinə və işin obyektiv, tam və hərtərəfli aparılmasına mane olmaq məqsədilə prokurorun, müstəntiqin və ya təhqiqatçının fəaliyyətinə hər hansı formada müdaxilə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.