Şahidi şantajın CƏZASI

31 May 2023, 17:30

Şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə, eksperti yalan rəy verməyə və ya tərcüməçini yanlış tərcümə etməyə məcbur etmə, habelə həmin şəxsləri ifadə verməkdən boyun qaçırmağa məcbur etmə şantajla, həmin şəxsləri və ya onların yaxın qohumlarını öldürmək, sağlamlığa zərər vurmaq və ya əmlakını məhv etmək və ya zədələmək hədəsi ilə törədildikdə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, həmin əməllər həmin şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.