Məhkəmə tez xarab olan maddi sübutları onların olduqları yerdə dərhal müayinə və tədqiq edir.

Hüquqşünas Yaşar Ağzazədə Heftelik.az-a açıqlamasında bildirib ki, Mlüki Prosessual Məcəlləyə əsasən, işdə iştirak edən şəxslər müayinə və tədqiqatın aparıldığı yer və vaxt haqqında xəbərdar edilirlər.

Məlumat verilmiş işdə iştirak edən şəxslərin gəlməməsi maddi sübutların müayinəsinə və tədqiqinə mane olmur.

Maddi sübutların müayinəsi və tədqiqinə dair məlumatlar protokolda yazılır.