Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr açıqlanıb.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a deyib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

– svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;

– sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına;

– yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;

– sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə;

– nasaz velosipeddən istifadə etməyə;

– piyadaların hərəkətinə maneə yaradılmasına;

– keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə-

qırx manat məbləğində cərimə edilir.