Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Qırğızıstana səfər edəcək.

Heftelik.az  xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Şarl Mişel Aİ-Mərkəzi Asiya Sammitinə həmsədrlik etmək üçün iyunun 2-3-də Qırğızıstanda səfərdə olacaq.

“Prezident Mişel sammitin ev sahibi – Qırğız Respublikasının Prezidenti Sadır Japarovla birlikdə Avropa İttifaqı – Mərkəzi Asiya ikinci Sammitinə həmsədrlik etmək üçün İssık-Kulun Çolpon Ata şəhərinə səfər edəcək.

Sammitdə Mərkəzi Asiya ölkələri və Aİ liderləri Mərkəzi Asiya ilə Aİ arasında regional əməkdaşlığın perspektivlərini, eləcə də regional və beynəlxalq hadisələri müzakirə etmək üçün bir araya gələcək.