Boru kəmərinin qüsuru…

02 İyun 2023, 16:00

Yardımçı boru kəməri magistral boru kəməri ilə neftin (neft məhsullarının) vurulmasında iştirak etməyən texnoloji boru kəməridir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Boru kəmərinin qüsuru borunun metalının, birləşdirici hissəsinin və ya qaynaq tikişinin həndəsi və ya konstruktiv parametrlərinin, divar qalınlığının həmçinin keyfiyyət göstəricisinin qüvvədə olan normativ sənədlərin tələblərindən kənara çıxmasıdır.

Boru kəmərinin qüsurlu sahəsi boru kəmərində boru materialının, birləşdirici hissəsinin və ya qaynaq tikişinin həndəsi parametrində, divar qalınlığında, həmçinin keyfiyyət göstricisində bir və ya bir neçə kənaraçıxmanın olduğu sahədir.