Qəza ehtiyatına dair tələblər məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Qəza ehtiyatı normativ sənədlərə müvafiq olaraq təyin edilmiş, nomenklaturasına və miqdarına görə magistral neft kəmərləri və ya neft məhsulları kəmərləri obyektlərində qəza və hadisələrdən sonra avadanlığın və tikililərin iş qabiliyyətinin bərpası və onların nəticələrinin aradan qaldırılması üçün kifayət edən texnoloji avadanlıq və materialların zəruri ehtiyatıdır.