Temperatur 34°-yə çatacaq

02 İyun 2023, 13:54

İyunun 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata  görə,  sabah Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir.

Səhər bəzi şəhərətrafı ərazilərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olub. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.