Texnoloji neft kəmərlərinə (neft məhsulları kəmərləri) dair göstəricilər məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Texnoloji neft kəmərləri (neft məhsulları kəmərləri) vurucu stansiyaların, neft boşaltma terminallarının, təhvil-təslim məntəqələrinin girişində və çıxışında magistral neft kəmərinə (neft məhsulları kəmərinə) keçmə nöqtələri arasında meydançadaxili boru kəmərləri, o cümlədən giriş və çıxış armaturları, drenaj və nasos aqreqatlarından axın boru kəmərləri, palçıq filtrlərinin drenajı, təzyiq tənzimləyicilərin, neftin (neft məhsullarının) ölçü qovşaqlarının, qoruyucu klapanlardan təzyiqin azaldılmasının, təzyiq dalğalarının azaldılması sisteminin boru kəmərləri, zərbə dalğasının azaldılması və söndürülməsi qablarının bağlanması, qablardan yığılmış axıntıların boşaldılması, doldurma-boşaltma estakadalarının, dəniz terminallarının stenderlərinin boşaldılması və yüngül fraksiyaların tutulması sisteminin boru kəmərləridir.