Məhkəmə iclasına vaxtında gəlməyən və yaxud məhkəmə iclasında qaydanı pozan şəxslərə sədrlik edən məhkəmənin adından xəbərdarlıq edir.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.

Qaydanı təkrar pozan şəxs sədrlik edənin qərardadı ilə məhkəmə iclası zalından çıxarılır.

Sədrlik edən məhkəmə iclasında qaydanı kobud surətdə pozan və ya məhkəməyə açıq surətdə hörmətsizlik edən şəxslər barəsində qərardad çıxararaq, onları beş yüz manatadək cərimə etməyə və yaxud 3 saatdan 24 saata kimi tutmağa haqlıdır. Məhkəmə iclasında qaydanı pozan şəxsin əməlində cinayət tərkibi olarsa, hakim onun barəsində cinayət işi başlamaq üçün materialları müvafiq orqanlara göndərir.