2022-ci ildə Azərbaycanda 15-19 yaş qrupları arasında 2 100 abort qeydə alınıb.

Heftelik.az-ın  Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onlardan 15-17 yaş aralığında olanların sayı 100, 18-19 yaş aralığında olanların sayı isə 2 min olub.

Qeyd edək ki, Azərbaycanda 2022-ci ildə ümumilikdə 58 min abort qeydə alınıb ki, onlardan da 14 900-ü mini, 500-ü isə dərman vasitələri ilə aparılan abortlar olub.