Telekommunikasiya şəbəkələri, vasitələri və qurğularının mühafizə zonalarında müvafiq icazə olmadan işlərin aparılması görə cərimələr açıqlanıb.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a deyib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.

Telekommunikasiya şəbəkələri, vasitələri və qurğularının mühafizə zonalarında müvafiq icazə olmadan tikinti işlərinin və ya digər işlərin aparılmasına görə fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.