Məktəblərdə fənlərin say və standartlarına, məzmununa yenidən baxılması üçün müzakirələrə başlanılıb.
Heftelik.az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən maarifləndirici görüşdə deyib.
O bildirib ki, bu, uzunmüddətli prosesdir:
“Bu il 5-ci sinif Təbiət dərsliyinin tədrisinə başlanılacaq, əvəzinə isə 6-cı siniflərdə biologiya və fizika dərslikləri tədris olunmayacaq”.