Avadanlıqların, alətlərin, nəzarət ölçü cihazlarının istismardan çıxarılması qərarı fiziki yeyilmə göstəricisi, korroziya və ya defektoskopiyanın nəticələri nəzərə alınmaqla qəbul edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Avadanlıqların istismardan çıxarılma meyarı (ölçüsü) həmin avadanlıqla işləyən və ya istehsalçı müəssisə tərəfindən müəyyən edilməli və istismar üzrə təlimatda nəzərə alınmalıdır.