Bu gün mopedlərin yollarda təhlükəli hərəkəti digər hərəkət iştirakçılarına təhlükə yaradır. Buna nəzarət gücləndirilməlidir.

Heftelik.az-ın məlumatına görə,  bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Emin Hacıyev deyib.

Deputat bildirib ki, yol hərəkəti qaydalarının pozulmasına görə moped sürücülərinin cərimələnməsi məsələsinə təkrar baxılmalıdır: “Skuterlərlə bağlı da məsələ nizama salınmalı və təhlükəsizlik təmin edilməlidir. Elektrik skuterlər və velosipedlər üçün ayrıca yol xəttinin salınması artıq zərurətə çevrilib”.