İranın sonuncu şahının oğlu Rza Pəhləvinin həyat yoldaşı Yasmin Pəhləvi Azərbaycana səfər edib.

Həftəlik.az xəbər verir ki, o, bununla bağlı İnstagram hesabında paylaşım edib.

Videoda Bakıda, Xəzər dənizində çimdiyi yerdə görüntülənən şahzadənin xanımı bildirib ki, buradan İrana bir neçə addımdır.

“Kaş ki, buradan öz Vətənimə gedə biləydim”, – Yamsin Pəhləvi əlavə edib.

Onun həyat yoldaşı ilə birlikdə Bakıya gəlib-gəlmədiyi açıqlanmayıb.