“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə istintaqa cəlb olunub.

Heftelik.az-ın məlumatına görə, birlik sədri Vətən müharibəsi iştirakçısının şikayəti əsasında saxlanılıb.

Elvin Mahmudzadə qazilər üçün ayrılmış külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.

E.Mahmudzadəyə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.