Səhiyyə Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə Cavid Nazim oğlu Paşayev Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının direktoru vəzifəsinə təyin olunub.

Səhiyyə Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, Cavid Paşayev 2001-2007-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsində müalicə işi üzrə təhsil alıb.

2022-2023-cü illərdə Cavid Paşayev “Yeni Klinika”nın Müalicə işləri üzrə direktorunun birinci müavini, direktor vəzifəsini icra edib.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının yeni təyin olunmuş direktoru bu gün kollektivə təqdim edilib.