Erkin Koray vəfat etdi

07 Avqust 2023, 23:00

Türk rok musiqisinin məşhur siması Erkin Koray vəfat edib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə müğənninin sənətçinin qızı Damla Koray paylaşım edib.

Qeyd edək ki,  Kanadanın Toronto şəhərində yaşayan 82 yaşlı Erkin Koray ağciyərindəki problemlə əlaqədar bu gün xəstəxanaya yerləşdirilmişdi.

Erkin Koray daha çox Anadolo roku tərzində ifaları ilə tanınıb. Bu yistiqamətdə Anadolunun tarixi türkülərinə yenidən nəfəs verən ustad rokçu həm Türkiyədə, həm də dünyada populyarlıq qazanıb.

Sənətçi 1969-cu ildə “Yeraltı dördlüsü” adlı qrupu yaratmaqla Türkiyədə “underground music” tərzinin geniş yayılmasında da önəmli rol oynayıb.

1982-ci ildə “Benden sana” və 1986-cı ildə “Gaddar” adlı albomları isə Türkiyədə ən çox satılan albomlar siyahısında yer alıb.