Dövlət informasiya ehtiyatına və sisteminə dair ümumi tələblər dövlət informasiya sistemlərinin və ehtiyatları ilə bağlı hazırlanan layihədə əksini tapmalıdır.
Heftelik.az-ın xəbərinə görə, bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyininin Kollegiyasının təsdiqlədiyi “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də əksini tapıb.
Eyni zamanda layihədə dövlət informasiya ehtiyatının və sisteminin strukturu, məlumat təhlükəsizliyi, məlumatların formalaşdırılması və istifadəsi, məlumat mübadiləsinin forma və üsulları, əlçatanlıq, monitorinqlərin keçirilməsi, dayanıqlılıq və istismar, texniki xidmət və təmir işləri də əksini tapmalıdır.