Dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması zamanı həmin informasiya ehtiyatını və sistemini formalaşdıran qurum, yaxud sahibkarlıq subyekti tərəfindən test mühiti yaradılmalıdır.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də əksini tapıb.
Dövlət informasiya ehtiyatının və sisteminin tətbiq edilməsi aşağıdakı mərhələləri əhatə etməlidir:
– dövlət informasiya ehtiyatının və sisteminin aşağıdakı bölmələr üzrə test (tamlıq, dayanıqlılıq, inteqrasiya) edilməsi:
– texniki vasitələr;
– məlumatlar;
– prosedurlar;
– interfeys;
– modullar;
– funksiyalar (funksionallıqlar).
– test mərhələsində qarşıya çıxmış problemlərin aradan qaldırılması üçün dəyişikliklərin edilməsi;
– istifadəçi təlimatlarının hazırlanması;
– istifadəçilər üçün təlimlərin keçirilməsi;
– dövlət informasiya ehtiyatının və sisteminin pilot versiyada istifadəyə verilməsi;
– dövlət informasiya ehtiyatının və sisteminin uyğunluğunun yoxlanılması;
– dövlət informasiya ehtiyatının və sisteminin istismara verilməsi.
