Dövlət informasiya ehtiyatı və sistemi ilə bağlı mənbə (source) kodların saxlanılması və qorunması təmin edilməli, onların digər şəxslərə ötürülməsinə yol verilməməlidir.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də əksini tapıb.
Dövlət informasiya ehtiyatı və sistemi üzrə təkliflərin verilməsi, səhvlərin aradan qaldırılması, düzəlişlərin edilməsi, optimallaşdırma işlərinin görülməsi və ya dəyişikliklər olunması ilə bağlı qeydiyyatın aparılması təmin edilməlidir.
