İnteqrasiya prosseslərinin həyata keçirilməsi ilə bağlı test mühiti və test məlumatları formalaşdırılmalıdır.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də əksini tapıb.
İnteqrasiya proseslərinin tarixçəsi (loqları) saxlanılmalı və mümkün bütün ssenarilər üzrə testlər həyata keçirilməlidir. İnteqrasiya prosesləri bu tələblərə uyğun olmaqla yerinə yetirildikdən sonra istismara verilməlidir.
