Elektron xidmətə müraciət mərhələsində daxil edilmiş, lakin emal mərhələsinədək göndərilməmiş məlumatlar sonradan işlənilməsi üçün yaddaşda saxlanılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin göstərilməsi üzrə texniki tələblər”də əksini tapıb.

Emal mərhələsində imtina edilmiş müraciətlər üzrə imtina səbəbləri göstərilməli və müraciətlərin redaktə edildikdən sonra yenidən göndərilməsi imkanı olmalıdır.