Elektron xidmətin göstərilməsi üçün zəruri olan məlumatların təhlükəsizliyi üçün xidmət təminatçısı istifadəçini identikləşdirdikdən sonra onun sorğusuna əsasən xidmətdən istifadə imkanlarını təmin etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin göstərilməsi üzrə texniki tələblər”də əksini tapıb.

İstifadəçi identikləşdirildikdən sonra onun barəsində olan məlumatlar müvafiq dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edilməli və bu zaman məlumatların mühafizəsi təmin edilməlidir.