Proqram təminatının funksionallıq testləri onun istismara verilməsindən əvvəl keçirilməli və aşkarlanan uyğunsuzluqlar, o cümlədən zəifliklər (boşluqlar), təhdidlər, risklər və nəzərdə tutulmayan hallar aradan qaldırılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.

Proqram təminatının təhlükəsizliyin qiymətləndirilməsi testləri onun istismara verilməsindən əvvəl, habelə ildə bir dəfədən az olmamaqla keçirilməli və testin nəticəsində tapılan zəifliklərin (boşluqların) aradan qaldırılması, o cümlədən hücuma və ya zədələnməyə məruz qalma vəziyyətinin qarşısının alınması üçün qabaqlayıcı və profilaktik tədbirlər vaxtında təmin edilməlidir.