Virtual maşınların ölçüsü istifadə edilən serverlərin fiziki parametrləri və “Hökumət buludu”nun platformasına aid tövsiyələr nəzərə alınmaqla yaradılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hökumət buludu”ndan istifadə ilə bağlı texniki tələblər”də əksini tapıb.
Tövsiyələr operator tərəfindən hazırlanaraq təqdim edilir. Fayl köçürmələri üçün limit 100 GB-dır (böyük həcmli fayl fiziki media daşıyıcısında təqdim edilməlidir).
