Proqram təminatının təhvil alınması və istismara verilməsi üçün onun formalaşdırılması prosesində hazırlanan hansı sənədlərin təmin edilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.
Proqram təminatının təhvil alınması və istismara verilməsi üçün onun formalaşdırılması prosesində hazırlanan aşağıdakı sənədlər təmin edilməlidir:
– dizayn sənədləri;
– proqram təminatı komponentlərinin, parametrlərinin və əlaqələrin baza vəziyyətinin inventar uçotu;
– istifadəçi təlimatları;
– inzibatçı təlimatları (ilk versiya);
– quraşdırılma, sazlanma və texniki xidmət üzrə təlimatlar;
– təhlükəsizlik və funksionallıq testləri üzrə ssenarilər və testlərin nəticələri, o cümlədən uyğunsuzluqlar barədə hesabat;
– mənbə kodlarının saxlanma yeri və mənbə koduna təhlükəsiz giriş üçün təlimat (hazır həllər istisna olmaqla).
