Şəmkirdə baş verən ağır qəzada ölənlərin kimliyi bilinib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  ölən şəxslər 1980-ci il təvəllüdlü D.Nəbiyeva və onun övladı, 2002-ci il təvəllüdlü E.Nəbiyevdir.

Qeyd edək ki qəzaya düşənlər Tovuz rayon sakinləridir.

***

saat 22.21

Şəmkirdə ağır yol qəzası baş verib.

Heftelik.az-ın APA-ya istinadın verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı iki nəfər hadisə yerində ölüb, üç nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.