Elektrik stansiyası əsas aqreqatdan və neftin boşaldıldığı və doldurulduğu yerlərdən 50 metrdən az olmayan məsafədə hamar meydançada quraşdırılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Avadanlıqlar yerləşdirildikdə fövqəladə hallar zamanı texnikanın maneəsiz hərəkəti və manevr etməsi imkanı təmin edilməlidir.