Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Soçidə işgüzar nahar zamanı nə yedikləri məlum olub.
Heftelik.az-ın məlumatına görə, “Kreml pulu” teleqram kanalı liderlərin nahar menyusunda təqdim olunan yemək və içkilər barədə paylaşım edib.
Liderlərin nahar menyusunda hisə verilmiş forel balığı ilə xiyarlı və avakadolu salat, tomat soslu qırmızı kefal balığı, mal ətli xarço supu, göbələk soslu tərəvəzli kefal balığı və qrildə quzu qabırğası olub. Desert kimi isə Putin və Ərdoğana “quş südü” (ptiçye moloko) təqdim olunub.
Qeyd edək ki, Putin və Ərdoğan bu gün Soçidə görüş keçiriblər. İlk olaraq, liderlər nümayəndə heyətləri ilə birlikdə, daha sonra isə işgüzar nahar formatında təkbətək 3 saata yaxın görüş keçiriblər. Danışıqların yekunları ilə bağlı Putin və Ərdoğan birgə mətbuat konfransı keçiriblər.