Gözü ovmaq çox təhlükəlidir.

Heftelik.az-ın məlumatına görə,  bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İmran Cərullazadə bildirib.

Onun sözlərinə görə, bu, göz əzələsinin sıxılmasına səbəb olur:

“Xüsusilə valideynlər diqqətli olmalıdır. Əgər uşaq gözünü tez-tez ovursa, həkimə müraciət edilməlidir. Çünki gözü tez-tez ovmaq hətta korluğa da səbəb ola bilər”.