Sumqayıtda radiasiya aşkarlandı

09 Sentyabr 2023, 19:47

Sumqayıtda radiasiya aşkarlanıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Metallurq keçəsindəki zavodların birinin ərazisində qeydə alınıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin, Sumqayıt şəhər Polis İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub. Ərazi mühafizə olunub.

Qeyd edək ki, radiasiya zavodların birinin daxilində 4 metr dərinlikdə aşkarlanıb. Dərhal işçilər və yaxınlıqda olan sakinlər evaukasiya olunub.