Qışda havanın mənfi 300C-dən aşağı olmayan temperaturunda dalğıcların enməsi ventilyasiya olunan ləvazimatda,mənfi 200C-dən aşağı olmayan temperaturda isə hidrokombinezonlarda aparılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Havanın temperaturunun mənfi 200C-dən aşağı olmasının qarşısını almaq və uzun müddətli dalğıc enmələrinin aparılmasının mümkünlüyünü yaratmaq üçün, bilavasitə enən yerin üstündə isidilən otaqlar qurulmalıdır.
